Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Rüfәt Sәfәrovun həyatına təhlükə var

Həbsdə olan müstəntiq Rüfәt Sәfәrovun atası Eldar Sabiroğlu oğluna olan tәhlükә barәdә Facebookda mәlumat paylaşıb:

Rüfət Səfərovla bağlı 9 saylı CÇM-də işgəncə faktlarının araşdırılması üçün vəkil Bəhruz Bayramovun Xəzər rayon Prokurorluğuna müraciəti ilə əlaqədar prokurorluq orqanlarında araşdırma aparılmış və nəticə olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hələlik tam təfərrüata varmır və bəzi izahatların açıqlanmasına lüzum görmürəm. Yəqin ki qısa müddətdə hər şey barədə ictimaiyyəti ətraflı məlumatlandıracam. Qərarda materiala əlavə edilmiş 9 saylı CÇM-nin verdiyi bir xarakteriskanı diqqətinizə çatdırmağı vacib sayıram. Bildirilir ki, məhkum Səfərov Rüfət Eldar oğlu müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlər etməyə, əməkdaşları şantaj etməyə, dövlətçiliyə qarşı çıxmağa, müxalif yönəlmiş təbliğatlar aparmağa, özündən zəif iradəliləri öz təsir altına salmağa, özünə və ətrafdakılara xəsarət yetirməyə meyillidir. Siz ittihamın ölçüsünə baxın.Rüfətin həyatı doğurdan təhlükə altındadır. Adətən bu xarakteriskanı xüsusi təhlükəli residivistlərə verirlər. Deməli, günün birində Rüfətin başına istənilən əməli gətirə bilərlər. Rüfət nə dəli, nə də psixi xəstədir. Xarakteriskadan yalnız bu nəticəyə gəlmək olur ki, onu qarşıda ən ciddi təhlükələr gözləyir. Yuxarı orqanlara özünü yaxşı göstərmək naminə yalan və böhtan xarakteriskalar vermək heç də dövlətçiliyə xidmət nümunəsi sayıla bilməz. Yuxarda dediyim kimi hələlik qərardan bu fikirləri ictimailəşdirmək istədim. İzahatların üzərinə isə mütləq gələcəm.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir