Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Sahibkarlar necə məhv edilir

Besan MMC-nin gətirdiyi mallar monopoliyaya görə bazara buraxılmır

Azərbaycana tibb ləvazimatları gətirən Besan MMC- adlı şirkətin tibbi ləvazimat olan məhsulları hazırda Gürcüstan –Azərbayacan sərhəddindən keçirləndən sonra hazırda Bakı Baş Kömrük idarəsinin həyətində açıq havada günəşın altında saxlanılır. Bu barədə məlumatı qəzetimizə Səhiyyə Nazirliyində olan mənbə verib. Mənbənin bildirdiyinə görə, Besan MMC  İtaliyadan aldığı bu məhsulları Azərbaycandakı mövcud monopoliyaya görə gətirə bilmir. Belə ki, ölkədəki dərman bazarı və tibb avadanlıqları Mehriban Əliyevanın nəzarəti altındadır. Ölkənin gəlirli sahələrini tam olaraq monopliyaya alan Əliyevlər və Paşayevlər ailəsi Azərbaycanda orta sahibkarlığı tam olaraq iflic ediblər. Neft və qaz gəlirləri ilə yetinməyən bu ailə ölkədə sahibkarlar üçün bütün nəfəslikləri bağlayıb. Səhiyyə Nazirliyində olan mənbə bizə kömrükdə saxlanılan məhsulların konkret miqdarını belə açıqladı. Mənbənin verdiyi xəbərə görə,  hazırda kömrük idarəsində 72 kub ləvazimat saxlanılmaqdadır. Bu da bir konteynir məhsul deməkdir.  Mənbə daha sonra bildirdi ki, bir neçə gündür ki, o həmin şirkətin rəhbərləri ilə təmasdadır. Onlar dəfələrlə gəlib ləvazimatların Azərbaycana buraxılması üçün sənədlərin imzalanmasını istəsələr də o, Səhiyyə Nazirliyi buna icazə verməyib.

Mənbənin bildirdiyinə görə işlədiyi idarənin rəisi dərmanların yuxarıdan gələn tapşırığa görə buraxılmadığını deyib. Mənbə daha sonra bizə bildirib ki, həmin o yuxarı deyilən yer Mehriban Əliyevadır. Mənbə bizə həmçinin onu da bildrdi ki, artıq 8 ci gündür ki, konteynir gömrükdə saxlanılır. Dövlət Gömrük Komitəsinin əməkdaşları isə konteynirin gömrükdə qaldığı hər günə 200 avro pul alır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir