ABŞ YPG-nin siyasətini həyata keçirir.
Muxalifet.az xəbər verir ki, bunu suriyalı general-mayor Məhəmməd İsa deyib.
İsa qeyd edib ki, ABŞ YPG-yə yardım etməklə bölgənin quruluşunu dəyişdirməyə çalışır və əməliyyatın bir parçası olmağı hədəfləyir.
“İŞİD ilə müharibə bitdikdən sonra ABŞ-ın Suriyada nəsə etmək üçün bəhanəsi qalmayacaq. Bu üzdən kürd probleminin üzərinə gedirlər. Demokratik Suriya Qüvvələrində say 20 mindən artıq deyil, ancaq 50 min kvadrat kilometrlik sahəyə nəzarət edirlər. Bu, yalnız ABŞ-ın dəstəyi ilə mümkün deyil”, – İsa vurğulayıb.