Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

“Unibank” sahibkarı müflis edir: intihara cəhd+FOTO

İsmayıllı rayonunda yaşayan və kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov “Unibank”KB ASC-nin fəaliyyətindən və hərəkətlərindən cana doyaraq intihara cəhd edib. Belə ki, ötən gün səhər saat 05:00 radələrində Namət Əsgərov qol nahiyəsinin kəsilməsi ilə İsmayıllı Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Adı çəkilən şəxsə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

İsmayıllı rayon polis şöbəsindən faktı təsdiqləyiblər. Polis şöbəsinin tədqiqatçısı Səfa Əsgərov bildirib ki, Namət Əsgərov kredit borcunu ödəyə bilmədiyinə görə özünü öldürməyə cəhd edib. Onun sözlərinə görə, hazırda İsmayıllı Rayon Prokurorluğunda istintaq işi davam etdirilir.

Qeyd edək ki, İsmayıllı rayonunda yaşayan və kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov “Unibank”dan götürdüyü 95000 dollar kreditlə öz kiçik obyektini genişləndirib, yeni iş yerləri açıb. Birinci devalvasiyaya qədər ödənişləri tam gecikməsiz ödəyib, birinci devalvasiyadan sonra “Unibank”ın təklifinə əsasən yeni qaydada ödənişləri həyata keçirib. İkinci devalvasiyadan sonra “Unibank” sahibkara heç bir güzəşt tətbiq etməyib, əksinə, Namət Əsgərovun güzəşt və ya yeni şərtlərlə müqavilənin uzadılması təklifinə bank rəhbərliyi heç bir münasibət bildirməyib. Bank sahibkarın şifahi və yazılı müraciətlərinə rəğmən Namət Əsgərovu – borclunu məhkəməyə verib, borcun girovda olan evlərə (qeyd edək ki, 95000 dollar kredit götürmək üçün N.Əsgərov “Unibanka” 3 ev girov qoyub-öz evi, bacısının evi və digər qohumunun evi) və yeganə gəlir mənbəyi olan obyektinə yönəldilməsini tələb edib.
Mövzunu davam etdirəcəyik.(azxeber.com)

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

"Unibank" sahibkarı müflis edir:

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir