ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə komplekslərinin yaradılmasına başlayıb.
“İnterfaks” agentliyi xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov bildirib.
“Pentaqon hücum və müdafiə silahlarının birgə istifadəsi konsepsiyasını reallaşdıraraq ani qlobal zərbə komplekslərinin yaradılmasına başlayıb”, – o əlavə edib.
Onun sözlərinə görə, bu komplekslər ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin effektivliyini Rusiya və Çinin strateji nüvə güclərinin obyektlərinə zərbələrin vurulması zamanı əhəmiyyətli dərəcədə artırır.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemləri beynəlxalq kosmik fəaliyyətin təhlükəsizliyini hədələyir.
FAN agentliyi 2017-ci ilin əvvəlində xəbər verib ki, Moskva və Moskva vilayətinin raket əleyhinə müdafiə sistemi tamamilə müasirləşdiriləcək.
Bu ilin iyun ayında ABŞ “The National Interest” nəşrində deyilir ki, dünyada yalnız bir şəhər – Moskva nüvə döyüş başlıqlı raketlərlə qorunur. Məqalədə deyilir ki, Rusiya paytaxtı planetdə “nüvə çətiri” altında olan tək yaşayış məntəqəsidir.
Məsələ ondadır ki, raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında 1972-ci ildə Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında imzalanan müqavilədə istisna var idi. Müqavilə bütün raket əleyhinə sistemləri qadağan etmirdi. Tərəflərdən hər biri raket hücumundan bir sistemi qurmaq hüququna malik idi və bu sistem 100 vahidə qədər raketlə təchiz edilə bilərdi. Həm də belə sistemi istənilən yerdə yerləşdirmək mümkün idi.
ABŞ Şimali Dakota ştatında “Grand Forks” hərbi təyyarə bazasının ətrafında “Safeguard” sistemini yerləşdirmək barədə qərar qəbul etdi. Ancaq sistem qısa müddət işlədikdən sonra söküldü.
“Məlum oldu ki, bahalı sistemin köməyi ilə tək bir rayonu müdafiə etmək mənasızdır”, – Amerika nəşri yazıb.
SSRİ-də isə vəziyyət başqa idi. Atom bombası ilə Moskvanın dağıdılması ölkəni cavab zərbəsi vurmaq imkanından məhrum edə bilərdi, çünki komandanlıq paytaxtda idi. Nəticədə, A-35 sistemi – hava hücumuna qarşı müdafiə şəbəkəsi ortaya çıxdı. A-35 nüvə müharibəsi halında Moskvanın sağ qalmasını təmin etməli idi.
İlkin olaraq sistemdə 32 raket var idi. 1970-ci illərdə A-35 sistemini yenilənmiş A-135-lə əvəz etmək lazım oldu. Nüvə döyüş başlıqları ilə təchiz edilən raketlərin sayına daha 68-i əlavə edildi və onların sayı raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında 1972-ci il müqaviləsində nəzərdə tutulduğu kimi 100-ə çatdırıldı.
Rusiya rəhbərliyi isə hazırda hesab edir ki, paytaxtın müasir müdafiə sistemi əsas rəqibin – ABŞ-ın zərbələrinin qarşısını tamamilə almaq iqtidarında deyil(publika.az).
Yenifakt.info
Müstəqil xəbərlər portalı