Türkiyə amerikalı rahib Endryu Bransonu azad etsə, Vaşinqtonla Ankara arasındakı böhran dərhal başa çatacaq.
Bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.
O bildirib ki, Ankara rahibi buraxmamaqla böyük səhvə yol verib.
Rahibin azad edilməməsinin Türkiyənin NATO üzvlüyünə təsir edib-etməyəcəyi barədə danışan C.Bolton bu məsələnin gündəlikdə dayanmadığını deyib:
“Bizim əsas diqqətimiz rahib Bransona və Türkiyə hökuməti tərəfindən saxlanılan digər amerikalılara yönəlib”.
Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.
ABŞ isə bununla əlaqdəar Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. (Trend)