İranın qərbindəki Kermanşah vilayətində baş verən 5,9 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatıb.
“Zəlzələ zamanı 287 nəfər xəsarət alıb. Yeraltı təkanlardan 43 kənd ziyan çəkib. 101 bina tamam dağılıb”, – deyə “Tasnim” agentliyi vilayətin qubernatoru Huşand Bazvanda istinadən məlumat yayıb.
Qubernator, həmçinin əlavə edib ki, vilayətin kənd və şəhərlərində 800 bina qismən dağılıb. Hazırda təmir işləri aparılır.
***
İranın qərbində Kermanşah əyalətində baş vermiş 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 146 nəfərə çatıb.
Bu barədə “Associated Press” İranın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadla məlumat yayıb.
İdarənin rəhbəri Pir Hüseyn Koliband xəsarət alan insanlardan 21 nəfərin xəstəxanaya yerləşdirildiyini söyləyib.
Xatırladaq ki, bundan əvvəl 128 nəfərin xəsarət aldığı bildirilmişdi.
***
Bu gün İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.
Bu barədə “Reuters” əyalətin qubernatoru Xuşanq Bazvanda istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl “Sinxua” agentliyi 20 nəfərin xəsarət aldığı barədə məlumat yaymışdı.
***
Bu gün İranın qərbində də 5,9 maqnitudalı zəlzələ baş verib.
APA-nın verdiyi məlumata görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 (bəzi məlumatlara görə-26) nəfər xəsarət alıb.
Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
***
Bu gün yerli vaxtla səhər saat 09.37 radələrində İranın Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələ olub.
APA-nın verdiyi məlumata görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub. Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.
Xatırladaq ki, 12 noyabr 2017-ci ildə İranın qərbində Kermanşah əyalətində 7,3 bal gücündə zəlzələ olmuş, nəticədə 600-dən çox insan ölmüşdü.