Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Kəlbəcər girovunun ailə üzvü BMT-də çıxış edəcək

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin ailə üzvləri BMT-də çıxış edəcəklər.

Bunu Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov deyib. O, qeyd edib ki, girovun ailə üzvünün Beynəlxalq Qızıl Xaç Komitəsinin Baş Ofisində baş tutacaq iclasda çıxışı təmin ediləcək:

“Bildiyimiz ki, Şahbazın vəziyyəti ağırdır, səhhətində ciddi problemləri var. Bizim də planımız var ki, Şahbazın ailə üzvlərindən birini Cenevrəyə aparaq. Girovun ailə üzvünün BMT-nin iclasında çıxışını nəzərdə tutmuşuq. Ehtimal ki, səfərimiz mart ayında baş tutacaq. Həmçinin girovun ailə üzvünün Beynəlxalq Qızıl Xaç Komitəsinin Baş ofisində keçiriləcək iclasda iştirakı nəzərdə tutulub. Çıxışlar zamanı onlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovlunda saxlanılmasına, Azərbaycan torpaqlarının uzun müddətdir ki, erməni işğalı altında qalmasına etiraz edəcəklər. Bununla əlaqədar olaraq hazırda müəyyən işlər görürük”- deyə Ə. Şahidov bildirib.

Qeyd edək ki, girov Dilqəm Əsgərovun oğlu bir müddət əvvəl ATƏT-in Varşavada keçirilən sammitində iştirak edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.(azvision)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir