“Bizi çətin oyun gözlədiyini demişdim. Bu gün bunun bir daha şahidi olduq”.
Media-fakt.info xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununda Çexiyanı qəbul edən millimiz 1:2 hesablı məğlubiyyətə üzülüb. Matçdan sonra keçirilən mətbuat konfransında Prosineçki bunları deyib: “İlk dəfə hesabda geri düşəndən sonra qol vura bildik. Amma əfsuslar olsun ki, sonra yenə “ikinci mərtəbə”dən bizə qol vurdular. Ardınca Ramil Şeydayev əlinə düşən imkandan yararlana bilmədi. Buna baxmayaraq, komandamdan razı qaldım. Qələbə münasibətilə Çexiya yığmasını təbrik edirəm”.
Yenifakt.info
Müstəqil xəbərlər portalı