“Bakı Açıq Hökümət Tərəfdaşlığınin tövsiyələrini qəbul etməsə təşkilatdan çıxarılacaq” – Qubad İbadoğlu
“Bu hesabat iki mərhələli ictimai məsləhətləşmələr əsasında hazırlanıb və artıq bir həftədir ki, Açıq Hökümət Tərəfdaşlığının rəhbər komitəsi tərəfindən Azərbaycan hökümətinə tövsiyə olunub.
Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığında qalıb fəaliyyətini davam etdirməsi həmin hesabatda nəzərdə tutulan tədbirlərin icrasından aslı olacaq” , – iqtisadcı-ekspert Qubad İbadoglu Turan agentliyinə bildirib.
“Azərbaycan hökümətinin 1 il vaxtı var. Bildiyiniz kimi, bu qərar iyunun 27-də Açıq Hökümət Tərəfdaşlığının rəhbər komitəsi tərəfindən verilib və bu ilin sentyarın 25-də Azərbaycan hökümətinə konkret tövsiyələr verilib. Əgər Azərbaycan bu beynəlxalq təşkilatda fəaliyyətini davam etdirmək istəyirsə onda onları yerinə yetirməlidir. Çünk, 1 il başa çatandan sonra Açıq Hökümət Tərəfdaşlığının rəhbər komitəsi təqdim etdiyi tövsiyələrin necə icra olunmasını qiymətləndirəcək. Qiymətləndirmə tövsiyələri tam və vaxtında icra səviyyəsni əhatə edəcək. Buna əməl etməyən hökümət üzvlükdən çıxarıla bilər”, – o bildirib.
Tövsiyələrin məzmununa gəlincə, onun hazırlanmasında müstəqil vətəndaş cəmiyyəti ilə yanaşı hökümətyönlülər də iştirak edib və orada nəzərdə tutulan tədbirlər Azərbaycanın vətəndaş cəmiyyətinin bu prosesdə səmərəli iştirakına şərait yaradır. Orada QHT-lərin qeydiyyatının sadələşdirilməsi və on-line həyata keçirilməsi, yerli QHT-lərin qrant qeydiyyatının və xarici QHT-ləri üçün qeydiyyat prosedurlaırnın sadələdirilməsi, ideal olaraq isə ləğv edilməsi kimi vacib tövsiyələr var.
Bununla yanaşı sənəddə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə yenidən baxılması və QHT-lər üçün cərimələrin, QHT-lərin bank əməliyyatlarına yaradılan baryerlərin aradan qaldırılması da tövsiyə olunur.
“Mən də öz növbəmdə Azərbaycan hakimiyyətini MSŞT-dəki fəaliyyətinin uğursuz aqibətini bir daha yaşamamaq üçün bu tövsiyələri vaxtında və tam yerinə yetirməyə çağırıram.
Azərbaycan hakimiyyətinə təqdim olunmuş təkliflər realdır, ünvanlıdır, həyata keçirilməsi mümkündür və vətəndaş cəmiyyətinin mövcud problemlərinin həllini təsvir edir. Bu, həm də Azərbaycan hakimiyyətinin AHT-də qalması üçün sonuncu şansdır. Əgər hakimiyyətdə buna məsul olan şəxslər bu şansı dəyərləndirməyəcəksə onda ölkəmiz bu təşəbbüsdən də kənarlaşdırılacaq”, – o bildirib.