Şəki Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Tahir Əhmədliyə 25 sutka həbs cəzası verib.
Bu haqda “Basta”ya Müsavat Partiyası Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli məlumat verib.
“Sentyabrın 30-da Tahir Əhmədli evindən polisə aparılıb. Məhkəmə onun barəsində 25 sutka həbs qərarı çıxarıb. Tahir Əhmədli ictimai yerdə səs-küy salmaqda ittiham olunub. Amma ehtimal olunur ki, onu sosial şəbəkədə hakimiyyət haqda yazdığı tənqidi fikirlərinə görə həbs ediblər”, – Bakıxan Qəribli bildirib.
“Tahir Əhmədlinin evinə getdik. Qapılarında təpik izləri var. Ailə üzvlərinə də təzyiq olunduğu hiss edilir. Tahir Əhmədliyə yemək ötürmək istəsələr də, buna imkan verilməyib”, – Bakıxan Qəribli əlavə edib.