Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

6 yaşlı uşaq poliklinikada öldü – BƏRDƏDƏ

Uşağın ölümü ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb

Bərdə rayonunda 6 yaşlı uşaq xəstəxanada ölüb.
Hadisə rayon ərazisində yerləşən Uşaq poliklinikasında baş verib.
Belə ki, 2011-ci il təvəllüdlü Sənan Elvin oğlu Vəlizadə yüksək dərəcəli hərarətlə poliklinikaya çatdırılıb.
Onun valideynləri uşağın ölümündə həkimləri ittiham edərək poliklinikadan şikayət ediblər.
Poliklinikadan “Report”un yerli bürosuna bildirilib ki, uşağın ölümündə həkimləri günahı olmayıb: “Uşaq yüksək hərarətlə və ağır vəziyyətdə poliklinikaya gətərilib. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərilib, zəruri tibbi müdaxilələr edilib. Lakin, uşağın həyatını xilas etmək mümkün olm ayıb”.
Uşağın ölümü ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir