Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Müsavat AKM Nürnberqdə “Mehman Əliyevə azadlıq!” mitinqi keçirib

Müsavat Avropa Koordinasiya Mərkəzi Turan Agentliyinin direktoru Mehman Əliyevin həbsinə etiraz olaraq Avropanın böyük şəhərlərində və beynəlxalq təşkilatların qərargahları önündə mitinqlərə başlayıb.

İlk mitinq sentyabrın 8-də Almaniyanın Nürnberq şəhərində baş tutub. Güclü yağış yağmasına baxmayaraq Avropanın müxtəlif şəhərlərindən gələn onlarla mühacir “Mehman Əliyevə və digər siyasi məhbuslara azadlıq” şüarları qaldırıb.

İlham Həsən
Müsavat AKM-in rəhbəri, “Mehman Əliyevə azadlıq!” Komitəsinin üzvü İlham Həsən bildirib ki, mitinqlər Avropanın digər şəhərlərində və beynəlxalq təşkilatların ofisləri qarşısnda da keçiriləcək.
“Növbəti mitinqlər Avropa Surasının və Avropa Parlamentinin önündə olacaq. Mitinqlərlə yanaşı, parlamentarilər ilə görüşlər də planlaşdırırıq”, o qeyd edib.
Sonda aksiyanın qətnaməsi oxunub.
“Azərbaycan hökumətinin söz, mətbuat azadlığına basqılarının nəticəsində Azərbaycanda fəaliyyət göstərən müstəqil resurslar bloklanıb, başqa yollarla sıradan çıxarılıb. Son olaraq, Turan İnformasiya Agentliyi hökumətin hücumuna məruz qalıb. Agentliyin rəhbəri, hər zaman vətəndaş həmrəyliyi tərəfdarı kimi çıxış edən Mehman Əliyev həbs edilib. M.Əliyevin həbsini ölkənin xaosa sürüklənməsinə doğru addım hesab edirik”, sənəddə qeyd edilir.
Turan Agentliyinin direktoru Mehman Əliyev avqustun 24-də saxlanılıb. Ona qarşı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev istintaq orqanının təqdimatı əsasında Mehman Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir