Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Nəcəf Nəcəfov Fondu Eynulla Fətullayevi təkzib etdi

Haqqin.az saytında dərc edilmiş jurnalist Eynulla Fətullayevin bu saytın yaradılması üçün Nəcəf Nəcəfov Fondu vasitəsilə Qərb donorlarından 200 min dollar alması haqqında məqalə həqiqətə uyğun deyil və tamamilə əsassızdır.

Bu barədə “Turan”a Fondun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Fətullayev Nəcəfov Fondunun dəstəyi ilə saytın yaradılması ilə bağlı olmayan bir layihə həyata keçirib və onun dəyəri yuxarıda qeyd edilən məbləğdən 10 dəfə az olub.
Bu zaman Fond həmin layihənin həyata keçirilməsi haqqında Ədliyyə Nazirliyinə qanunla nəzərdə tutulmuş qaydada məlumat verib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir