Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Ziya Məmmədov Putinə minnətçi düşüb

ziya_memmedovRusiya prezidenti İlham Əliyevdən nəqliyyat nazirinin xahişini edəcəkmi?

Nəqliyyat naziri Ziya Məmmədovun Rusiyalı həmkarı Maksim Sokorov tərəfindən “Fəxri dəmiryolçu” mükafatı ilə təltif olunmasının ilginc səbəbləri bəlli olub.

“Azadlıq”a sızan məlumata görə, Maksim Sokolov 2004-2012-ci illərdə Rusiyanın nəqliyyat naziri olmuş, hazırda bu ölkənin prezidenti Vladimir Putinin köməkçisi vəzifəsində çalışan Iqor Levitinin tövsiyyəsi ilə Ziya Məmmədovla xüsusi olaraq görüşüb və onu mükafatlandırıb. Məlumatda bildirilir ki, Iqor Levitinlə Ziya Məmmədov arasında uzun müddətdir ailəvi dostluq münasibətləri mövcuddur. Onların hər il Altayda dincəldiyi bildirilir.

Məlumatda qeyd olunur ki, Ziya Məmmədov baş nazirin müavini vəzifəsinə təyin olunmaq istəyir. Bu məsələdə isə köhnə dostunun köməyindən yararlanmaq istəyir. Bildirilir ki, Ziya Məmmədov dostunun vasitəsilə Rusiya prezidentini bu işə qatmağa çalışır. Nəqliyyat naziri düşünür ki, Vladimir Putin onun xahişini Azərbaycanın dövlət başçısı Ilham Əliyevdən etsə, onun təyinatı reallaşa bilər.

Qeyd edək ki, Ziya Məmmədov ABŞ prezidentliyinə namizəd Donald Trampla da dostdur. Hətta bəzi məlumatlara görə, faktiki olaraq bütün səlahiyyətləri əlindən alınan Ziya Məmmədovun işdən çıxarılmasının ləngiməsi də bununla bağlıdır. Hakimiyyət düşünür ki, Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə Vaşinqton-Bakı münasibətlərində Ziya Məmmədovla onun dostluğundan yararlanmaq olar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir