Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Həbsdəki AXCP üzvləri Vicdan Məhbusu elan edildi

amnesty-internationalBeynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational Azərbaycandakı bir neçə siyasi məhbusu Vicdan Məhbusu elan edib. Bunlar AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Seymur Həzi (o həm də“Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” proqramının aparıcısıdır), AXCP fəalları Murad Ədilov, Elvin Abdullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovlardır.

Bu barədə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hazırladığı hesabatda qeyd olunur. Hesabat “Azərbaycanda davam edən repressiyalar” adlanır.

Hesabatda Azərbaycan hakimiyyətinin son illərdə həyata keçirdiyi repressiyalar haqqında ətraflı məlumat verilir. Sənəddə bir neçə siyasi məhbusun azad olunduğu, lakin onların yerinin yeni siyasi məhbuslarla doldurulduğu qeyd edilir və bildirilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbuslar problemini dövr etdirməklə məşğuldur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir