Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Qurban Qurbanov: “Mahir Mədətova görə narahatam”

Futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Futbolçu psixologiyası elədir ki, 99,9 faizi belə hallarda “ulduz xəstəliyi”nə tutulur. Bu gün mən Mahir Mədətova görə narahatam.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İnter”lə mübaizədən sonra jurnalistlərin Mahir Mədətovun “Kpenhagen”lə oyundan sonra medianın xüsusi diqqətində olmasının onu narahat edib-etmədiyi barədə suala cavabında deyib.
Baş məşqçinin sözlərinə görə, şan-şöhrət bir çox futbolçunun karyerasına ziyan vurub: “Mahir “Kopenhagen”lə oyunda qol vurduqdan sonra həminkinin 50 faizini oynamadı. Buna görə gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Bu cür şeylərin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum. Dəfələrlə olub ki, futbolçulara müsahibə verməyi qadağan etmişəm. Ancaq buna nəzarət etmək çox çətindir. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub”./teleqraf.com

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir