“Şəmkir” klubu 2017/2018 mövsümündə futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış etməyəcək.
Bu barədə “Report”a Şəmkir Rayon İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib. İmtinaya səbəb yerli gəncləri tapmaq və gələcəkdə qurulacaq komandanın əsas özəyini formalaşdırmaqdır. Bu məqsədlə mükafat fondu 9500 manat olan (I yer – 5 min, II yer 3 min, III yer – 1500 manat) rayon birinciliyinə start verilib. Turnir 4 qrupdan ibarət olmaqla 16 komandanın iştirakı ilə keçirilir.
“Şəmkir”in 2018/2019 mövsümündə yenidən I divizionda iştirakı planlaşdırılır.
Qeyd edək ki, “Şəmkir” ötən mövsüm 48 xalla 6-cı yeri tutub.