Yenifakt.info

Müstəqil xəbərlər portalı

İctimai

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə ictimai birliyi “Multukulturalizmin təbliğinə dəstək” layihəsinin icrasını başa çatdırmışdır

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Multukulturalizmin təbliğinə dəstək” adlı layihənin icrasını uğurla başa çatdırmışdır.

Bu layihə çərçivəsində İnternet vasitəsilə Azərbaycanda multikultural cəmiyyətin formalaşmasına, multikulturalizm ideyalarının inkişafına və multikultural dünyagörüşünün yayılmasına dəstək vermək hədəfə alınmışdır.

Bu məqsədlə Veb səhifə artıq fəaliyyətə başlamış və QHT və mətbuat nümayəndələrinin iştirakı ilə veb səhifənin təqdimatı keçirilmiş və tədbir haqqında materiallar mediada dərc edilmişdir.

Məlumdur ki, hələ qədim dövrlərdən başlayaraq, ölkəmizdə çoxlu sayda milli azlıqlar, etnik qruplar və müxtəlif dinlərin daşıyıcıları olan xalqlar məskunlaşmışdır. Bu xalqların hər biri özünəməxsus mədəni dəyərlər, adət ən-ənələrin daşıyıcılarıdır. Bu etnik müxtəliflikləri cəmiyyətə çatdırmaq üçün veb səhifədə Azərbaycanda yaşayan xalqlar haqqında ətraflı məlumatlar dərc edilmişdir. Onların mədəniyyəti, tarixi və adət ən-ənələri haqqında geniş materiallar dərc edimiş və dərc edilməkdə davam etdirilir. Eyni zamanda veb səhifədə multukulturalizm haqqında filosofların fikirlərinə yer verilmişdir.

Layihənin davamlı olması məqsədilə veb səhifədə fasiləsiz olaraq materiallar dərc ediləcək, multikulturalizmlə bağlı ölkəmizdə keçirilən tədbirlər və s haqqında ziyarətçilərə daimi məlumat veriləcəkdir.

 

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə

ictimai birliyinin sədri: Elşən Nağıyev

15.08.2017