Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

“Mənim balamı öldürdülər!”

Bir neçə gün öndə Goranboy rayonunun Nadirkənd kənd sakini, əsgər Hümbətov Vüsal Novruz oğlunun cənazəsi ailəsinə təhvil verilib. Lənkəran Sərhəd Dəstəsinin “N” saylı hərbi hissəsinin çavuşu V.Hümbətovun intihar etdiyi bildirilib.

Ailənin tək övladı olan əsgərin intihar etdiyinə inanmayan yaxınları iyulun 28-də, onun yas mırasiminin 7-ci günü Bakı-Qazax magistral yolunu bağlayaraq aksiya keçiriblər. Hadisə iştirakçilarının sözlərinə görə, ailə üzvləri hərbçinin öldürüldüyünü iddia ediblər.

“Məzuniyyətə gəlməsinə iki gün qalmışdı. Niyə intihar etsin?” – deyən ailə üzvləri əsgərin ölüm səbəbinin araşdırılmasını tələb ediblər.

Faktı Meydan TV-yə Nadirkənd kənd icra nümayəndəsi Elşən Verdiyev də təsdiqləyib: “Vüsal Hümbətov bizim kənddə yaşayırdı. Dünən əsgərin 7 mərasimi idi. Təxminən saat 4 radələrində onun anası, nənəsi, xalası, bacısı və digər qohumlar yolu kəsmişdilər. Yas mərasiminə hərbçilər də gəlmişdilər. Onlar da ölüm səbəbini dəqiq bilmirlər. Hazırda araşdırma gedir, yəqin ki, bəlli olacaq”.

Müdafiə Nazirliyi V.Hümbətovun ölümü ilə bağlı məlumat yaymayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir