Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Sahibkarlar “Fərdi məlumatların qorunması üsulları və kibertəhdidlərə qarşı mübarizə” üzrə maarifləndirildi

13 iyul 2017-ci il tarixində saat 11.00-da “ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Fərdi məlumatların qorunması üsulları və kibertəhdidlərə qarşı mübarizə” layihəsi çərçivəsində sahibkarların iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Sayca üçüncü olan tədbirdə kibertəhdidlərin növləri barədə qısa məlumat verildikdən sonra hər bir kiberhücum barədə ətraflı danışılmış və fərdi məlumatların qorunması üsulları izah edilmişdir. Layihənin eksperti Yusif Süleymanlı dəyirmi masa iştirakçılarını spam, fişinq, DDOS, sosial mühəndislik, hack hücumları barədə məlumatlandırmış, yaranmış kiberhücumlar zamanı və hücumdan sonra görüləcək təxirə salınmaz tədbirlər barədə məlumat vermişdir. Kiberhücumlardan qorunma üsulları kimi çətin parol sistemindən yararlanma, lisenziyalı proqramlardan istifadə, antivirus sisteminin düzgün qurulması, sistemlərin və antivirus yenilənmələrinin vaxtaşırı internetdən yüklənilməsi kimi metodların faydalarından danışılmışdır. İstifadə edilən wifi sistemlərinin müdafiə olunması metodları müzakirə edilmişdir.

Sahibkarlar tərəfindən  verilən suallar cavablandırılmış və onların qarşılaşdığı təhlükəsizlik problemləri araşdırılmışdır.

“ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində
Maarifləndirmə İctimai Birliyi

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir