Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

G.Aslanlı: “Polis konfransa kobud müdaxilə etdi”

Mayın 25-də Zaqatala rayonunda Müsavat Partiyası yerli təşkilatının növbəti qurultaya hazırlıqla bağlı konfransına polis kobud şəkildə müdaxilə etdi və tədbir baş tutmadı”.

Bunu Azadlıq Radiosuna Zaqatala rayonunda olan Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

G.Aslanlı bildirib ki, konfrans Müsavat Partiyasının başqanı Arif Hacılının Tala kəndindəki ata evində keçirilməli idi: ” Çünki rayonda qərargahımız yoxdur. 20 nəfərə qədər polis həyətə daxil oldu. Bizə bildirdilər ki, rayon icra hakimiyyətindən icazə alınmadığına görə, konfransın keçirilməsinə icazə verilməyəcək. Biz də izah etdik ki, bu tələb qanunda və ya Konstitusiyada nəzərdə tutulmur, ona görə də qanunsuzdur . Amma bütün bunlara baxmayaraq polislər müdaxiləni dayandırmadılar və tədbirin keçirilnməsi baş tutmadı.”

G.Aslanlının sözlərinə görə, hətta polislər Zaqatalada oturub çay içib, çörək yeməyə də onlara imkan verməyib: “Bir tərəfdən cəmiyyət fəallaşır, digər tərəfdən Müsavat Partiyası başqanı ABŞ-da görüşlər keçirir, ona görə də hətta 20-25 nəfər vətəndşaın bir yerə toplanması belə hakimiyyəti narahat edir “

Bütün bu deyilənlərə, hələlik, Zaqatala rayon Polis Şöbəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.Onların deməsinə görə, heç kəsə dinc, sivil siyasi fəaliyyətinə görə, təzyiq edilmir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir