Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Birinci yarımildə narkotiklə bağlı 1309 nəfər məsuliyyətə cəlb edilib

2017-ci ilin birinci yarısında Azərbaycan hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1697 fakt aşkar edib.

470 halda narkotik vasitələr satış məqsədilə, 1904 halda isə satış məqsədi olmadan əldə olunub. Qanunsuz dövriyyədən 730 kq 723,566 qram müxtəlif növ narkotik vasitə çıxarılıb. Bu statistik məlumatlar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2017-ci ilin ilk yarımili üçün hesabatında göstərilib.

Ümumilikdə 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib ki, onlardan 3-ü 18 yaşadək, 112-i 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarıdır, 1289-u kişilər, 20-i qadınlardır.

Hesabat dövrü ərzində 432 ha 63,66 sot ərazidən 111 ton 420 kq 868,99 qr (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.(Turan)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir