Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Bakıda 4 yaşlı uşağın mədəsindən qəpik çıxardılar

emeliyyet-cerrah-300x169Paytaxtda 4 yaşlı uşağın mədəsindən qəpik çıxıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl RMDM-ə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin olması təsdiq edilib. Nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.

RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb. (Virtualaz.org)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir