Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Nazirlər Komitəsi: “İlqar Məmmədovu dərhal azad etməyə çağırırıq”

ilqar_mAvropa Şurasının Nazirlər Komitəsi növbəti dəfə Azərbaycan hökumətini İlqar Məmmədovu dərhal azad etməyə çağırıb.

Avropa Şurasının saytında dərc edilən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası haqqında 8 iyun tarixli 144 saylı qətnamədə deyilir ki, İnsan Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsi Nazirlər Komitəsinə AİHM-nin qərarlarının icrasını izləmək üçün müstəsna hüquq verir.

“Məhkəmənin cinayət işində fundamental nöqsanlar olduğu haqqında rəylərinə və Komitənin dəfərlərlə etdiyi çağırışlara baxmayaraq, İlqar Məmmədovun indiyədək azad edilməməsindən dərin təəssüf hissi keçirərək;

Onun İnsan Hüquqları Konvensiyasının tələblərinə baxmayaraq, hökuməti tənqid etdiyinə görə cəzalandırmaq məqsədilə hələ də həbsdə qaldığını nəzərə alaraq;

Məhkəmənin qərarına riayət etmək öhdəliyinin qeyd-şərtsiz olduğunu xatırladaraq;

Cavabdeh ölkənin yüksək dövlət orqanlarını İlqar Məmmədovu bəhanəsiz dərhal azad etmək üçün bütün zəruri tədbirləri görməyə çağıraraq;

Komitənin bütün mümkün yollarla Azərbaycanın bu qərar üzrə öhdəliklərinə riayət etməsini təmin etməkdə qətiyyətli olduğunu bəyan edərək;

O azad edilənə qədər Nazirlər Komitəsinin hər bir iclasında bu iş üzrə vəziyyəti izləməyi qərara alır”.

Xatırladaq ki, “ReAl” hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində iğtişaşları təşkil etmək barədə ittihamla həbs edilib və 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsinin və mühakiməsinin qanunsuz olduğu və azad edilməli olduğu barədə qərar qəbul edib. Nazirlər Komitəsi və şəxsən AŞ baş katibi dəfələrlə analoji tələblə çıxış edib. Buna baxmayaraq, rəsmi Bakı İlqar Məmmədovu həbsdə saxlamaqda davam edir.

(amerikanınsəsi)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir