İraqın ikinci böyük şəhəri Mosul İŞİD-dən azad edilib. Bunu iyulun 9-da Mosula səfər edən İraq baş naziri Haydar əl-İbadi bəyan edib.
İraq baş naziri qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib.
Mosulun azad edilməsi əməliyyatı 265 gün idi davam edirdi.