Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Trampdan Rusiyaya qarşı sərt bəyanat

Ukrayna və Suriya problemləri həll olana qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Putinlə görüşünü şərh edib. O Tvitter səhifəsində bildirib ki, Ukrayna və Rusiya münaqişələri həll edilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. “Putinlə görüşdə sanksiya məsələsi müzakirə olunmayıb. Ukrayna və Suriya problemləri həll olunmayana qədər heç nə edilməyəcək”, – deyə o qeyd edib.

Tramp həmçinin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş seçkilərə qarəşması məsələsində iki dəfə Putinə təzyiq etdiyi də deyib: “İki dəfə bu məsələ ilə  bağlı Putinə təzyiq etmişdim, ancaq o ciddi şəkildə inkar etdi. Bu barədə artıq danışmışam”.

ABŞ prezidenti Putinlə Suriyanın bəzi rayonlarında atəşkəsin elan edilməsini müzakirə etdiklərini də qeyd edib.

“İndi Rusiya ilə konstruktiv işləməyin zamanıdır”, deyə Tramp əlavə edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir