Məlum olduğu kim, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəfləməsi nəticəsində 2 yaşlı Quliyeva Zəhra və nənəsi Sahibə vəhşicəsinə qətlə yetirilib. Digər mülki şəxs Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.
Göründüyü kimi, Ermənistan öz terrorçu mövqeyini nümayiş etdirməkdən çəkinmir. Günahsız insanların əsasən də körpə uşaqların qanını tökməkdə davam edir. Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsi bir başa terror əməlidir. Bu hərəkətlə onlar dinc və günahsız əhaliyə hücum edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün aparılan danışıqlar prosesini qəsdən pozurlar. Təəssüflər olsun ki, münaqişənin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və qeyri-adekvat davranışı, beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır.
Rəqəmsal İnkişaf İB-yi bu hadisəni qətiyyətlə pisləyir, dinc əhalinin, qadın, uşaq və qocalara qarşı törədilən amansızlıqları qətiyyətlə qınayır və beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə səsləyir, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyi tələb edir, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır.