Hamburqda iğtişaşçılarla toqquşmada 196 polis əməkdaşı xəsarət alıb –Şəhər polisi açıqladı
Almaniyanın Hamburq şəhərində iğtişaşlar nəticəsində xəsarət alan polislərin sayı 196-ya çatıb.
Bu barədə şəhər polisinin məlumatında bildirilir.
“Hamburqda etirazçılarla toqquşmalar nəticəsində xəsarət alan polis əməkdaşlarının sayı 196-ya çatıb”, – deyə, məlumatda deyilir.
Qeyd edək ki, bu gün Hamburqda G-20 sammitinin keçirilməsinə etiraz edənlər “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə aksiyalar keçirib. Polis aksiya iştirakçılarını dağıtmaq üçün bibər qazından istifadə edib. Hazırda şəhərdə iğtişaşlar davam etməkdədir.(APA)