Rəqəmsal İnkişaf İB-yi artıq bir neçə müddətdir “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının” maliyyə yardımı ilə ” Təmiz nəfəs, sağlam həyat” adlı layihəsini başlayıb.
Layihənin məqsədi Gəncliyimiz və gələcəyimiz sağlam inkişaf etdirmək üçün ətraf mühitin çirklənməsinin qarşısını almağa çalışmaq və təbiətə ziyan vurmadan tullantılardan düzgün formada istifadə etməkdir.
Təkcə bir ağac beş min kub metr havanı təmizləyir, kiçik bir yaşıllıq isə bizi iki yüz ton tozdan qoruyur, bunun üçün ən azından başlayaraq ağac əkmək və ya onu kəsməmək, karbon qazının hasil olmasını azaltmaq, tullantılardan düzgün istifadə etməyi öyrənmək lazımdr. Bu səbəblə də layihənin əsas məqsədi ətraf mühitin çirklənməsinin qarşısını almağa yardımçı olmaq və gələcəyin sağlam inkişafı üçün təmiz nəfəs düsturunu formalaşdırmaq olacaq.
Rəqəmsal İnkişaf İB bir qrup könüllü gənclərlə “Təmiz nəfəs, sağlam həyat” layihəsini həyata keçirərək gənclərə, vətəndaşlara, ailələrə və gələcək nəsilə ətraf mühitin qorunması və mühafizəsi üçün bir mesaj ötürməkdən ibarət olacaq. Layihə müddətində 3 (üç) aksiya keçiriləcək. Birinci aksiya “Təbiətimizi sevək və qoruyaq” şüarları ilə iyirmi nəfər gənclə birlikdə gül və ağac əkiləcək. İkinci aksiyamız isə Bakı Şəhəri Novxanı rayonu çimərlik zonasında həyata keçiriləcək. Burada biz bir qrup gənclərlə xüsusi geyimlərdə – papaq və maykalarda plokatlardan istifadə edərək vətəndaşları ətraf mühiti qorumağa, çirkli tullantıların düzgün atılmasına, ətrafı çirkləndirməməyə səsləyəcəyik. Həmçinin layihə müddətində gənclərlə avto nəqliyyat sistemindən az istifadə edərək karbon qazının hasil olmasının qarşısını az da olsa almaq üçün gəncləri velosiped sürmə aksiyasına dəvət edəcəyik.
“Təmiz nəfəs, sağlam həyat” şüarları altında Yeni Bulvarda xüsusi mayka və papaqlar geyinib velosiped sürərək nəqliyyatdan az istifadə etməyi, gəncliyimizi qorumaq, sağlamlığımızı düşünərək və ekologiyaya zərər vurmamaq üçün velosiped sürməyə həvəsləndirmək olacaq. Sağlam gənclik və sağlam gələcək naminə təbiəti qoruyaq və sağlam böyüyək şüarları ilə velosiped sürmək aksiyası həyata keçiriləcək. Aksiyaya 20 (iyirmi) nəfər gənc könüllü qoşulacaq.