İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzulirayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Ermənilərin ötən gün cəbhə bölgəsində həyata keçirdikləri təxribat nəticəsində ölən 2 yaşlı Zəhra Quliyeva ilə bağlı beynəlxalq “Change.org” saytı petisiya başladıb.
Metbuat.az bildirir ki, petisiyanın başladılmasında məqsəd azərbaycanlılara qarşı törədilmiş təxribatı dünyaya tanıtmaqdır.
Aşağıda təqdim olunan linkə daxil olub, qeydiyyatdan keçib səsə verməklə imza sayını artırmaq mümkündür: