Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Qasırğa Moskvanı iflic etdi – Ölənlər var-yenilənib

Rusiyanın Moskva vilayətində baş verən qasırğa zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “lenta.ru” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadə məlumat verib. Bildirlir ki, şiddətli külək zamanı yük maşınındakı beton çarxı düşüb və iki nəfərin üstündən keçib. Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfər ildırım çaxması nəticəsində həyatını itirib.

Moskva şəhərində 3 nəfərin xəsarət alması barədə məlumat var.

****

Moskva vilayətinin Ramenskiy kəndində 58 və 69 yaşlarında iki qadın xəsarət alıb. Bunların ilkin rəqəmlər olduğu və rəqəmlərin dəyişə biləcəyi bildirilir. Rusiya Energetika Nazirliyinin məlumatına əsasən Moskva şəhəri və Moskva vilayətində baş verən hadisə nəticəsində 4,4 min nəfər elektrik enerjisi təchizatından məhrum olub.

Bu dəqiqələrdə güclü qasırğa  Rusiyanın paytaxtı Moskvanı ağuşuna alıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, şəhəri dolu vurub, küləyin sürəti saniyədə 20 metrə çatır.
Artıq ilk qurbanlar var. Onlardan biri üstünə ağac aşması nəticəsində həlak olub. Moskva aeroportlarına üst-üstə 60-a yaxın reys gecikir və ya ehtiyat aeroportlara yönləndirilir.
Sinoptiklərin proqnozlarına görə, qasırğa iyulun 1-i gecə yarısına qədər davam edəcək.
Rusiya Fövqəladə Hallar Nazirliyi moskvalıları evlərindən bayıra çıxmamağa çağırıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir