Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

AZAL Moskva-Bakı reysində erməni yeməyinin verilməsi ilə bağlı “Aeroflot”dan izahat tələb edəcək

İstənilən şirkət öz müştərilərinin istəklərini nəzərə almağa borcludur.

Bunu “Report”un Rusiya bürosuna AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev deyib. Onun sözlərinə görə, “Aeroflot”un Moskva-Bakı reysinin menyusunda “ermənisayağı hinduşka” yeməyinin təklif olunması qəsdən edilən səhv deyil: “Çox güman ki, rasion tərtib edilərkən yanlışlığa yol verilib. Aviaşirkət sərnişinlərin istəklərini nəzərə almaya və onların milli hissləri ilə oynaya bilməz. Məsələn, AZAL-ın reyslərində uçuş istiqamətləri və ilin fəsillərindən asılı olaraq, müxtəlif qidalar var, o cümlədən faydalı və pəhriz qidaları”, – deyə Rahib İsayev deyib.

O, həmçinin bildirib ki, tezliklə AZAL səhvi düzəltmək xahişi ilə “Aeroflot”a müraciət edəcək.

“Aeroflot”un Moskva-Bakı reysi sərnişinlərindən birinin məlumatı və çəkdiyi video AZAL rəhbərliyinin diqqətinə çatdırılıb. Yaxın vaxtlarda, yəqin ki, müvafiq sorğu göndəriləcək. Biz bu məsələni nəzarət altında saxlayacağıq”, – deyə o bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir