Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Siyəzən post-neft dövrü müzakirə edilib

“Rayonda  qeyri -neft sektorunun inkişafına , bir sıra sahələrə sərmayə qoyulmasına ciddi ehtiyac var”.

Mediafakt.info xəbər verir ki, bu sözləri “ İctimai iştirakçılığın Dəstəklənməsi” İctimai Birliyin rəhbəri Şaban Nəsirov Siyəzən rayonunda  “Post – neft dövrünə keçid-neft çıxarlan rayonların perespektiv inkişaf yönümünün sakinlərlə müzakirəsi” adlı layihə çərçivəsində keçirilən dəyirmi masada deyib. Layihə Azərbaycan Respublikası Prezidenti yanında  Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçrilir. Tədbirdə rayon İcra Hakimyyət nümayəndələri ilə yanaşı bir çox dövlət qurumlarının üzvləri, rəhbər işçiləri  və ekspertlər iştirak ediblər.

Şaban Nəsirov rayonun iqtisadi potensalından söhbət açıb, Siyəzənin ölkənin sənaye rayonlarından biri olduğnu qeyd edib. Rayonda fəaliyyət göstərən iri və orta sahibkarlıq müəssisələri ilə bağlı məlumat verib.

Dəyirmi masa iştirakçıları layihənin aktuallığını qeyd edərək, kəndlərində taxılçılıq, tərəvəzçiliyin inkişaf potensialının  yüksək olduğunu bildiriblər.

Belə ki, gübrələrin baha olması, sulama sisteminin yaxşı qurulmaması səbəbindən taxılın maya dəyəri baha başa gəlir. Ən çox da təbii gübrə sayılan quş peyinini “ Siyəzən-Broyler” ASC quşçuluq fabrikinin  əkinçiliklə məşğul olan sakinlərə aşağı qiymətə satmaq əvəzinə yandırması başadüşülən deyil. Sahibkarlar deyir ki, quş peyini bir çox gübrələrdən daha üstündür, əgər sahəyə səpilərsə, məhsuldarlıq 2-3 dəfə artıq olar. Çox təəssüf ki, “Siyəzən- Broyler” ASC min tonlarla quş peynin paylamaq əvəzinə  yandırmağı üstün tutur.
Tədbirdə iştirak edən Siyazən rayon  İcra Hakimyyətinin nümayəndəsi Muradov Eldar  bu problemlə yanaşı, bir çox iqtisadi sahələrdə görülən işlərlə bağlı ətraflı çıxış edib. Muradov Eldar  rayonda turizmin, üzümçülüyün, maldarlığın,taxılçılığın inkişafı barədə rayon rəhbərliynin gördüyü işlərlə yanaşı, görüləcək işlər  barədə tədbir iştirakçılarına  ətraflı məlumat verdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir