Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Həbsdəki jurnalistin səhhətində problem var

“Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin səhhətində ciddi problemlər var. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. E.Sadıqov Bakı İstintaq Təcridxanasında Z.Əsədli ilə sentyabrın 25-də görüşüb.

II qrup əlil olan Z.Əsədli vəkilə deyib ki, onun həbsinə səbəb kimi göstərilən “hadisə” başdan ayağa quramadır. “19 aprel 2017-ci il tarixdə onu döyüblər, o döyülməsi barədə 102 xidmətinə məlumat verib. Onu döyən Həsənov Aslan Bəxtiyar oğlu dərhal polis idarəsinə qaçıb və Ziya Əsədlinin onu döydüyünü bildirib. Ziya bildirdi ki, Həsənov Aslan polis mayoru Vaqif Bağırovun obyektində çayçı işləyir, bütün “şahidlər” də həmin çayçıda işləyənlərdir. Biləsuvar rayon məhkəməsində şahidlər Ziyanın Alsan Həsənovu vurduğunu görmədiklərini deəslər də, məhkəmə onları məcbur edib ki, Ziyanın Aslanı vurduğunu görmələrini desinlər”, – vəkil bildirir.

Z.Əsədli deyib ki, onun şərlənməsinin yeganə səbəbi “Azadlıq” qəzetinin bölgə müxbiri olması, 5 aprel 2017-ci il tarixdə Biləsuvarda insanların etiraz aksiyası keçirərək yolu bağlamaları barədə repotajı “Azadlıq” qəzetində yaymasıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir