Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Nazir araşdırmadan çəkinərək istefa verdi

Fransanın müdafiə naziri Silvi Qular ölkə prezidenti Emanuel Makrona və baş nazir Eduar Filippa istefa xahişi ilə müraciət edib. Nazir onu yeni hökumətin tərkibinə salmamağı xahiş edib. Bu barədə Reuters məlumat yayıb.
Silvi Qular müdafiə naziri vəzifəsində bir aydan biraz çox işləyib.
Nazir istefa qərarını onunla izah edib ki, üzvü olduğu “Demokratik hərəkat” (MoDem) partiyasına qarşı prokurorluğun apardığı araşdırmanın prezident və yeni hökumətin işinə kölgə salmasını istəmir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir