Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Postneft dövrünə keçid müzakirə edilib

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi Siyəzən rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən “Postneft dövrünə keçid: neft çıxarılan rayonların perspektiv inkişaf yönümünün yerli sakinlərlə müzakirəsi” adlı layihə çərçivəsində Dəyirmi Masa keçrib.

Tədbiri layihə rəhbəri Şaban Nəsirov açaraq, layihə ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

O, Siyəzən rayonunun iqtisadi potensalından söhbət açıb. Bildirib ki,rayonun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir.Kənd təsərüfatında taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. Son illər quşçuluq quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur ki,buna fərdi sahibkarlıqla yanaşı, ən böyük quşçuluq fabriki olan “ Siyəzən-Broyler” –in fəaliyyətini nümunə göstərmək olar.

Şaban Nəsirov qeyd edib ki,rayonda dörd iri və orta ,səkkiz kiçik sənaye müəssisəsi, fərdi sahibkarlara məxsus iki un dəyirmanı və s.., müəssələr fəaliyyət göstərir.

Bundan sonra layihə rəhbəri post-neft dövrünün xüssusiyyətlərindən danışıb. Vurğulanıb ki,bu dövürdə qeyri-neft sektoruna sərmayə qoyulması məqsədəuyğundur.

Tədbir iştirakçıları rayonda hansı sahələrin daha potensiallı olmasıilə bağlı fikirlərini bildiriblər. Onlar kənd təsərüfatına sərmayə qoyulmasını məqsədəuyğun hesab etdiklərini qeyd ediblər. Qeyd olunub ki, Siyəzən rayonunun kəndlərində heyvandarlığı inkişaf etdirmək olar. Bunun üçün münbit , əlverişli biznes və qanunvericliyin olması vacibdi. Heyvandarlığın inkişafı üçün görülən tədbirlər hal –hazırda çoxda əlverişli olmadığnı ,bunun üçün yeni qanunvericiliyin olmasını vacib sayırlar. Belə ki,məsələn heyvan almaq üçün kredit götürmək həm çox çətindi,həm də sərfəli deyildir. Kreditə heyvan götürəndən sonra çox keçmir ki, bank faizin almağa başlayır ,halbu ki,2-3 il möhlət verib sonra aşağı faizlə pulunu istəsə çox rahatlıqla kreditə mal-qara götrüb artırmaq olar. Lizinq yolu ilə almaqda da problemlər var, belə ki,lizinq yolu ilə heyvan aldıqda.sahibkar həmən heyvanın balasını istədiyi şəxsə sata bilmir, ətini yalnız lizinq verənə sata bilər ,bu da bazar qiymətlərindən çox lizinq verənin xeyrinə olur ki,sahibkara çoxda sərf etmir.

Taxılçılığın inkişafı üçün kifayət qədər şərait olduğu halda.bir çox çətinliklərində olduğunu vuruğladılar tədbir iştirakçıları. Belə ki,kübrələrin baha olması,sulama sisteminin adiyyatı qurumlar keyfiyyətli qurmadığna görə,taxlın maya dəyəri baha başa gəlir.Ən çoxda təbii kübrə sayılan quş peyinin “ Siyəzən-Broyle” ASC quşçuluq fabrikinin əkinçiliklə məşğul olan sakinlərə aşağı qiymətə satmaq əvəzinə,yandırması başa düşülən deyildir. Sahibkarlar deyir ki, quş peyni bir çox kübrələrdən daha üstündü, əgər sahəmizə səpə bilsək,məhsuldarlıq 2-3 dəfə artıq olar, çox təssüf ki, “ Siyəzən- Broyle” ASC min tonlarla quş peynin paylamaq əvəzinə yandırmağı üstün tutur. Bizdə öz növbəmizdə dedik ki,bu məsələni adiyyatı qurumların diqqətinə çatdıracayıq.

Tədbir iştirakçıları üzümçülüyün inkişafının daha çox səmərə verəcəyni xüsusi qeyd etdilər. Amma bu sahənində inkişafı üçün ciddi sərmayənin vacib olduğnu dilə gətirdilər. O üzdən sahibkarlar bu sahənin inkişaf etdirilməsində dövlətin ciddi dəstəynə ehtiyac olduğnu vurğuladılar.

Şaban Nəsirov Dəyirmi Masa iştirakçılarnın suallarnı ətraflı cavablandırmaqla yanaşı,onların qaldırdığı problemlərli diqqətdə saxlayacağnı bildirib.

 

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir