Son aprel döyüşlərində rəşadət göstərən mərd oğullarımızdan biri də Elimdar Səfərovdur.Uluyol.info olaraq Elimdar Səfərov haqqında bir neçə dəfə yazı hazırlamışıq.Şəhidimizin şəhadət xəbəri,dəfn,40 mərasimi ilə bağlı yazılarımız olmuşdu.Bu dəfə daha ətraflı reportaj hazırlamaq istədik.
Səfərov Elimdar Səlimxan oğlu 1992-ci il iyulun 26-sı Yardımlı rayonunda dünyaya göz açıb.1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayonuna gəlib,və Aşağı Qaramanlı kəndində məskunlaşmışlar.Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbinə 1998-ci ildə birinci sinifə getmiş və həmin məktəbi 2009-cü ildə bitirmişdir.Hərbi xidmətə yollanan Səfərov Elimdar xidməti başa vurduqdan sonra yenidən Ordu sıralarına qatılmışdır.
Milli Ordunun giziri kimi mühum strateji obyektlərin,yüksəkliklərin araşdırılması,düşmən tərəfində olan silah -sürsat,əsgər sayı və hərbi sirr kimi gizlədilən düşmən ordusunun məlumatların çox peşakarlıqla öyrənmişdir.Xidməti zamanı xeyli fərqlənmə nişanları,təbrik məktubları almışdır.Düşmən tərəfinin aprelin 1-i gecə ordumuzun mövqelərin atəşə tutduğu zaman məhz Səfərov Elimdarın daxil olduğu kəşfiyyat bölüyümüz düşmənin içərilərinə girməyi bacarmış,və bu gün strateji əhəmiyyəti olan yüksəkliklərin alınmasında birbaşa iştirak etmişdir.Döyüş zamanı bir yerdə olduqları hərbiçi dostları Elimdarın döyüş qabiliyyətlərindən,verilən tapşırığı vaxtında yerinə yetirməsini xüsusilə vurğulamışlar.
Elimdar Səfərovun təhsil aldığı Sakit Kərimov adına Qədimkənd orta məktəbinə yollandıq.Burada şəhidimizin sinif rəhbəri olmuş tarix müəllimi Elçin Eybullayevlə görüşdük.Elçin müəllimin Elimdar Səfərov haqqında təsüratların öyrəndik:
“Elimdar haqqında danışmaq çətin olduğu qədər qürurvericidir ki,Vətən torpaqlarının bütövlüyü uğrunda canını fəda verən belə oğullarımız var.Elimdar şagird kimi müəllim incidən olmayıb.Dərslərində davamiyyətli,sakit şagird olub.Hümanitar fəndlərə bir o qədər marağı yox idi,əsasən idman ,hərbi dərslərinə maraqlı idi.Elə məktəb vaxtı kəndimizdə yerləşən mədəniyyət evində fəaliyyət göstərən Karate məktəbinə gedərdi.Bundan əlavə idmanın bir çox sahələrin mənimsəmişdi.Dərs zamanı 20 yanvar,Xocalı faciəsi,ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən danışanda özünü saxlaya bilmirdi.Yerdən müdaxilə edərdi,elə dərsdən kənarda da bu mövzularda müzakirələr aparardı.Həmişə dediyi o olardi ki,”müəllim,bəs nə vaxt qisas alacıq” bu kimi özünə məxsus xarakterləri ilə yadımdadı.Elimdar qisas eşqi ilə yanan,yaşayan övladlardan idi.Məktəbi bitirən şagirdlər hərbi xidmətə yollanar və əsgərliyi bitirən zaman evlərinə qayıdarlar.Amma Elimdar hərbi sıralarında qalıb,işini,peşəsini Vətənə xidmətdə görən idi.Hərbi xidmətin başa vurduqdan sonra Milli Ordunun giziri vəzifəsində xidmətin davam etdirirdi.Mətbuat nümayəndəsi olaraq ,çox güman ki, aprelin 1-i gecədən başlayaraq erməni hərbi birləşmələrinin qarşısın alarkən məhz Elimdarın iştirak etdiyi kəşfiyyat bölüyümüz haqqında məlumatlısız.Uzun illər qisas eşqi ilə yanan Elimdar məhz həmin gün rəşadət göstərərək ,şəhid olmuşdur.Elimdardan öncə həmin sinifdən Hüseynov Tural Murad oğlu erməni qəsbkarlarının fevralın 21-i 2011-ci ildə açdığı atəş nəticəsində şəhid olmuşdu.Bu gün iki sinif yoldaş eyni qəbiristanlıqda yan-yana məzarları… Elə hislər var ki,onu sözlə ifadə etməyə insan aciz qalır.
Tarix müəllimi olaraq Azərbaycanımızın tarixində iz buraxmış şəxsləri tədris edirdiksə,artıq Elimdar və döyüş yoldaşları barəsində məlumat veririk.Bu gün şagirdlər tanıdıqları,gördükləri şəxslərin qəhrəmanlığın eşidəndə Vətənə,torpağa bağlılıqları daha daartır.Milətimizə,elimizə,kəndimizə,Elimdarın ailəsinə baş sağlığı verirəm.Allah bütün şəhidlərimizin ruhun şad eləsin.Başın sağ olsun Vətən!”
Şəhid Sakit Kərimov adına məktəbdə Elimdar Səfərova ayrılmış güşədə məktəblilərin rəsmləri,yazıları bir daha deməyə əsas verir ki,gələcək nəsil Vətən torpaqlarının büütövlüyü uğrunda döyüşməyə hazır olacaq.
Elimdar Səfərovun sinif yoldaşı olmuş Mirhüseyn Hüseynovla söhbətləşdik:
“Elimdarı məktəbə getməmişdən öncədən tanıyırdım.İdmana maraqlı idi.Karateyə gedirdi,hərbi xidməti başa vurduqdan sonra da qayıtmadı,elə Milli Ordunun sıralarına yazıldı.Mübariz İbrahimovdan sonra insanda ruh rüksəkliyi yaradan insanlardan oldu.Mən hərbi xidmət zamanı Mübariz İbrahimovun otağında namaz qılardım.Mübariz namaz əhli idi,şəhid oldu .Elimdar da uzun illər idi ki,dinə sarılmışdı,Allah-Təalanın buyurduğu vacib əməlləri yerinə yetirərdi.Şəhadəta yetişdi.Şəhadəti yatmaqla,oturub gözləməklə olası iş deyil ki,gərəkdir ki,cəhd edəsən.O məqama yetişmək üçün yaşayasan.Elimdar qardaşımızda şəhadət yolunda sarsılmadan,erməni qəsbkarlarınn üzərinə gedərək o uca -şəhid məqamına yetişdi.Döyüş dostları gəlmişdi,Elimdarın o gecə göstərdiyi məharətdən ağız dolusu danışdılar.İdmançı, kəşfiyyat manevrlərinə yiyələnməsi nəticəsində ilk irəliləyən dəstə üzvü kimi şücaət göstərib.Elimdar qardaşımız şəhadətə yetişdi,Allah arzusunda olanlara nəsib etsin”.
Elimdar Səfərovun qardaşı Elizbar qardaşın xatırlayır:
“Elimdarı məktəbi qurtardıqdan sonra demək olar ki,üzünə həsrət idik.Bildiyiniz kimi hərbiçi istədiyi vaxt ailəsinin yanına gələ bilmir.Məzuniyyət zamanı gələrdi,o vaxtda qohumu -qonşunu yad edərdi.Məzuniyyəti nə vaxt bitərdisə ,xəbərimiz olmazdı.İmam Hüseyn aşiqi idi.Məktəb vaxtlarından namazı vaxtı-vaxtında,ibadəti yerində idi.Mən qardaşımla fəxr edirəm ki,Vətən yolunda,din yolunda canın fəda etdi.Şəhadətə yetişdi.Xidmətlərinə görə hərbi hissə komandiri,ölkə başçısı tərəfindən medalla təltif edilmişdi. Elimdarın necə mərd, möhkəm ,istiqanlı olması barədə onu tanıyanlar hər biri təsdiq edə bilər.Sanki,şəhid olacağın bilirdi,elə həmişə deyərdiki ,”mən şəhid olacam”.Sonda istədiyinə çatdı və son anında da “Vətən sağ olsun”demişdi”.
Bu gün Aşağı Qaramanlı məscidində Cümə namazından sonra şəhidlərin ruhlarına dualar oxundu və kənd ruhaniləri ilə birlikdə Şəhid Elimdar Səfərovun məzarın ziyarət etdik.Məscidin axundu Məşədi Taleh şəhidimiz gözəl əməl sahibi olduğun və dünyasın dəyişməsinə baxmayaraq hələdə Xalqa,dinə xidmət göstərdiyin vurğuladı.Xatırladaq ki,Elimdar Səfərova məxsus olan pulu ailəsi Aşağı Qaramanlı məscidində çatışmayan avadanlığın alınmasına,məscidin təmir-bərpasına xərcləyirlər.
Aşağı Qaramanlıda gözəl təşəbbüs ilə tanış olduq.Beləki,zavod evləri deyilən ərazidə sakinlərin gəliş-gedişi çoxluq təşkil etdiyi yerdə bina saknləri kəndin şəhidlərindən ibarət foto- güşə yaradıb.Gözəl missiyadır və bu kimi aksiyalar digər kənd və qəsəbələrdə olsa gələcək nəslə stimul ola bilər.
P.S.Elimdar Səfərov kəndlim idi,və onun haqqında reportaj hazırlamaq nə qədər çətindir,onu izah edə bilmərəm.Hərçənd məktəbi qurtarıb mən Bakıya təhsil almağa ,Elimdar qardaşımızda məktəbi bir il sonra bitirib əsgərliyə yollandı.O vaxtdan iki-yada üç dəfə rastlaşmışdıq.Amma sözün həqiqi mənasında fəxr ediləsi şəxs idi.Həmişə vüqarlı,özünə güvənli şəkildə gəzərdi.Son fotonu da evimizdə Elimdara ayrılmış məkanın şəklin yerləşdirməyi məsləhət bildim. Ruhun şad olsun Vətən oğlu.Sən ,istədiyin məqama yetişdin…
Allah yolunda öldürülənlərə (şəhid olanlara) ölü deməyin.Əksinə,onlar (Allah dərgahında)diridirlər,Lakin siz bunu dərk etmirsiniz(Bəqərə sur.154ayə)
Uluyol.info
Saday Fərəcov