Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Fərdi evləri necə tikmək olar? – Video

Vətəndaşlar ünvanlı sosial yardım alınması, fərdi evlərin tikilməsi, əlillik dərəcələrinin verilməsi məsələləri ilə bağlı  qaydalar, prosedurlar, sənədlər barədə ən kiçik detallara qədər bu video-bələdçilər vasitəsilə öyrənə bilərlər.

Bu video-bələdçilərlə, eləcə də  ünvanlı sosial yardım alınması və  əlillik dərəcələrinin verilməsi məsələləri ilə bağlı  www.e-vetendash.az, saytında  vəhttps://www.facebook.com/evetendash/  Feysbuk səhifəsində tanış ola bilərsiniz.

Ünvanlı sosial yardım alınması və  əlillik dərəcələrinin verilməsi məsələləri ilə bağlı video-bələdçilərdə  mövcud qaydaları BDU-nun hüquq fakultəsinin müəllimi, elmlər doktoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Komitənin sədriMais Əliyev izah edib.

Fərdi evlərin tikilməsi ilə bağlı prosedurlar isə hüquqşünas, AR Vəkillər Kollegiyasının üzvü  Ağaşirin Ələkbərov tərəfindən izah olunub.

Hər üç video-bələdçidə ekspertlər sadə, anlaşılan formada, addım-addım hansı işlərin görülməli olduğunu və mövcud qanunvericiliyin tələblərini şərh edirlər.

Həmçinin, e-vetendash.az saytının aşağıdakı  faydalı məlumatları öyrənə bilərsiniz:

İlk növbədə “Onlayn hüquqi məsləhət” ala bilərsiniz. Saytda “Təcrübəni bölüş”, “Şikayətini bildir”, “Qanunvericilik”, “Ən çox verilən suallar” rubrikaları yaradılıb. Eyni zamanda “Fərdi evlərin tikintisi”, “Ünvanlı dövlət sosial yardımını necə almaq olar?”, “ Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması” bölmələri yaradılıb.

Vətəndaşların fərdi evlərin tikintisi ilə bağlı məlumalandırılması üçün ardıcıllıqla mövcud qanunvericilik 8 addımda sadə şəkildə izah olunub. Bütün prosedurlar göstərilib.

“Ünvanlı dövlət sosial yardımını necə almaq olar?” bölməsində Sоsial yardımın təyin оlunması və vеrilməsi qaydası – 9 addımda izah olunub.

“Ən çox verilən suallar” bölməsində ən çox verilən sual və cavablar  yerləşdirilib.

Eyni zamanda əlillik dərəcəsinin verilməsi ilə bağlı yeni prosedurlar, güzəştli mənzillərin kimlərə və hansı şərtlərlə verilməsi ilə bağlı məlumat və qrafik təsvir yerləşdirilib.

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərlə bağlı qanunveircilik sadə dildə şərh olunub.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu video-bələdçilər və e-vetendash.az saytı İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri  İctimai Birliyinin eksperti Vüqar Hüseynov ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “e-vetendash.az onlayn platformasının yaradılması” adlı xidmət çərçivəsində hazırlanıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir