Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Poroşenko Saakaşvilini Gürcüstana ekstradisiya etmək istəyir

Ukrayna prezidenti Petr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı Bidzina İvanişvili ilə danışıqlar aparır. Bunu Ukrayna baş prokurorunun müavini David Sakvarelidze deyib.

O, Poroşenko ilə İvanişvili aarasında danışıqların səbəbini də  izah edib. “Bütün kanallarda danışırlar ki, əgər Saakaşvili siyasi müxalifət fəaliyyətini dayandırmasa, onu Gürcüstana ekstradisiya edəcəklər”, – deyə Sakvarelidze deyib.

Onun fikrincə, Poroşenko və Saakaşvilinin fərqli dəyər bazaları var. Poroşenko özü gürcü lideri Ukrayna siyasətinə buraxmaq həvəsində deyildi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir