Fransada sabah – iyunun 11-də parlament seçkilərinin ilk turu keçiriləcək.
Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Seçkilərdə 7 min 882 namizəd deputat mandatı uğrunda mübarizə aparacaq.
Fransalı seçicilər parlamentdə təmsil olunacaq 577 deputatı təyin etmək üçün iyunun 11-də seçki məntəqələrinə gedəcəklər.