Türkiyədə güclü zəlzələ baş verib.
Yerli KİV xəbər verir ki, mayın 27-də Manisa vilayətində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri 28 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.