Azərbaycan Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir. Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçirilən plenar iclasının gündəliyindən çıxarılıb.