Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Rus turistlər Türkiyə və Krımdan vaz keçdi, Azərbaycanı seçdi

Rus turistlər Türkiyə və Krımdan vaz keçdi, Azərbaycanı seçdi Rus turistlər Krima maraqlarını itiriblər. Bunun əvəzində isə Zaqafqaziya ölkələrinə meyl etməyə başlayıblar. Musavat.com Rusiyanın lenta.ru saytına istinadən xəbər verir ki, bu qənaət turizm agentliklərindən alınan son məlumatlar əsasında yaranıb. Turistlərin Simferopol biletlərinə marağı 25 faiz azalıb. Əgər 2015-ci ildə bu şəhərə biletlərin bron edilməsi 50 faiz idisə, indi bu rəqəm 35 faizdən çox deyil. Turizm kampaniyalarından bildirilib ki, bu enişin səbəbi Krımda turizm xidmətinin Türkiyə və Misirlə müqayisədə olduqca aşağı səviyyədə olmasıdır. 
Rus turistlər Krım və Türkiyəyə alternativ olaraq Azərbaycan, Gürcüstan və Ermənistanı tərcih edirlər. “Kommersant” qəzeti də yazır ki, hazırda bu ölkələrə səfərlə bağlı maraqlananların sayı 1.5 dəfə artıb. Amma turistlərin marağı baxımdan bu üç ölkəni Abxaziya geridə qoyur.
Turizm bazarında Cənubi Qafqaz ölkələrinə marağın artması isə səbəbsiz deyil. “Delfin” turizm agentliyinin tur operatoru Sergey Romaşkin bildirib ki, insanlar artıq yeni yerlər kəşf etmək istəyir. Yeni mədəniyyətlər, yeni  tətil imkanları rus turistlərin diqqətini cəlb edir. Bundan başqa,  Simferopola bilet qiymətləri daha baha qiymətə başa gəldiyi üçün rus turistlər tərcihlərini Zaqafqaziya ölkələri ilə bağlı ediblər. Artıq adıçəkilən ölkələrin turizm agentlikləri ilə əməkdaşlığa start verilib. Xüsusən iyul-avqust aylarında rus turistlərin başda Azərbaycan olmaqla, Zaqafqaziya ölkələrinə axın edəcəyi gözlənilir. Rus turistlər Türkiyə və Misirə alternativ olaraq İspaniya, Bolqarıstan, Yunanıstan və Kipri də seçəcəklər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir