Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə ictimai birliyi “Multukulturalizmin təbliğinə dəstək” layihəsinin icrasına başlamışdır
Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına dəstəyi Şurasının dəstəyi ilə “Multukulturalizmin təbliğinə dəstək” adlı layihəsinin icrasına başlamışdır.
Məlumdur ki, hələ qədim dövrlərdən başlayaraq, ölkəmizdə çoxlu sayda milli azlıqlar, etnik qruplar və müxtəlif dinlərin daşıyıcıları olan xalqlar məskunlaşmışdır. Bu xalqların hər biri özünəməxsus mədəni dəyərlər, adət ən-ənələrin daşıyıcılarıdır. Məhz multukulturalizm xalqlarda mədəni və dini tolerantlıq yaradır və birgə yaşayışı təmin edir.
Multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri imkanların olduğunu görürük. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb və bu dəstək indi də davam edir. Multikulturalizm cəmiyyətin inkişafı üçün münbit şərait yaradır, etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir. Ölkəmizin yerləşdiyi coğrafi ərazi və bu ərazidə yaşayan etnik müxtəlifliklər, ölkəmizdə multikultural dəyərlərin inkişafını zəruri edir və bu dəyərlər ölkəmizdə sabitliyin uzunmüddətli olmasını təmin etməklə sülh şəraitində birgəyaşayışın qarantı kimi çıxış edə bilər.
Sovetlər Birliyinin dağılması ərəfəsində regionumuzda baş qaldıran etnik münaqişələr, o cümldən etnik münaqişə donu geyindirilərək Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın işğal edilməsi. Son vaxtlar dünyanın strateji regionlarında yerləşən ölkələrində “böyük güclərin” köməyilə yaradılan etnik və dini, xüsusilə məzhəbçililiyin qızışdırılaraq böyük münaqişələrə və kütləvi qırğınlara səbəb olması göz önündədir. Ən yeni və müasir tariximizdə baş verən bu proseslər multikultural dəyərlərin əhəmiyyətini daha da artıraraq nə dərəcədə vacib olduğunu göstərməkdədir.
Bu layihə çərçivəsində İnternet vasitəsilə Azərbaycanda multikultural cəmiyyətin formalaşmasına, multikulturalizm ideyalarının inkişafına və multikultural dünyagörüşünün yayılmasına dəstək vermək hədəfə alınmışdır.
Bu baxımdan Azərbaycanda multikultural dünyagörüşünün inkişafına ciddi ehtiyac vardır. Multikulturalist dəyərlərin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq Azərbaycan hökuməti bu məsələyə xüsusi diqqət göstərməkdədir. «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016 cı ilin “Multikulturalizm ili” elan olunması buna əyani sübutdur. Bu sahədə Azərbaycan höküməti xeyli işlər görsə də, qeyri hökümət təşkilatlarının üzərinə də, mühüm vəzifələr düşür.
Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə
ictimai birliyinin sədri: Elşən Nağıyev
16.04.2017