Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi müəyyən edilib. Bir neçə mərhələdən ibarət səsvermənin nəticəsində Portuqaliya təmsilçisi Salvador Sobral qalib seçilib. O, Amar Pelos Dois mahnısını ifa edib. Portuqaliya təmsilçisi 758 xal toplayıb.
Azərbaycan yarışda 14-cü yerlə kifayətlənməli olub. Təmsilçisimiz Diana Hacıyeva 120 xal toplaya bilib. 2 ölkə – İtaliya və Portuqaliya Azərbaycana ən yüksək – 12 xal veriblər.