Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

“Fənərbaxça” prezidenti rəqib komandanın prezidentinə şillə vurub

Türkiyə Qadınlar Basketbol Super Liqasının pley-off oyununda insident yaşanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə “Fənərbaxça” ilə “Yakın Doğu Üniversitesi” matçında baş verib.

“Fənərbaxça” prezidenti Aziz Yıldırım ona salam verən rəqib komandanın prezidenti Işık Eygüngörə şillə vurub. Polislərin müdaxiləsindən sonra vəziyyət normallaşıb.

Matç başa çatdıqdan sonra A. Yıldırım mətbuata açıqlamasında I. Eygüngörü əxlaqsızlıqda günahlandırıb. Onun sözlərinə görə “Yakın Doğu Üniversitesi”nin rəhbərliyi finaldan əvvəl “Fənərbaxça”lı oyunçulardan bəzilərinə transfer təklif edib.

Türkiyə Gənclik və İdman Nazirliyi olayla bağlı araşdırmaya başladığını açıqlayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir