İspaniyanın “Barselona” klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messinin ilk məşqçisi Ernesto Vekkyo vəfat edib.
“Report”un məlumatına görə, Vekkyo 66 yaşında Argentinanın Rosario şəhərində dünyasını dəyişib.
O, Messinin “Nyuells Old Boyz”da ilk addımlarını atdığı vaxt məşqçisi olub. Mərhum həyatının son günlərinədək azyaşlı uşaqlardan ibarət komandalarda məşqçiliyi davam etdirib.