«Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi aprelin 28-də Göy-göl rayonu, Gənclər Mərkəzində “Biznesə ilk addım” mövzusuna həsr olunmuş dəyirmi masa keçirib.
Dəyirmi masada Göy-göl rayon İcra Hakimiyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Babək Rəsulov, Hüquq şöbəsinin məsləhətçisi Nigar İsmayilova , Rayon Gənclər İdarəsinin müdiri Zaur Abbasov, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı Fuad Zalov, rayonun orta məktəblərindən və şəhər peşə məktəbindən olan 30-dək yeniyetmə və gənclər iştirak edib.
Dəyirmi masada çıxış edən Babək Rəsulov bu kimi tədbirlərin rayon üçün vacibliyini qeyd edib. O, rayon iqtisadiyatının inkişafında kiçik sahibkarlığın inkişafının böyük əhəmiyyət daşıdğını deyərək, rayon icra hakimiyyətinin bu məsələlərə xüsusi diqqət verdiyini bildirib.
Layihə rəhbəri Sevinc Kərimova layihə haqqında danışaraq bildirib ki, layihə ölkədə kiçik və orta biznesin inkişafı yolunda bir təşəbbüsdür. Respublikanın 3 bölgəsindən ( cənub, qərb və aran)olan gənclərdə kiçik və orta biznesə maraq yaratmaq üçün sitimulaşdırıcı görüşlər keçirməkdən ibarək olacaq. Layihə , ucqar kəndlərində yaşayan gənclər arasında kiçik biznesi təbliğ edəcək, gəncləri özünə məşulluq üçün həvəsləndirməyə çalışacaq.
Nigar İsmayılova işirakçıların diqqətinə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı dövlət başçısı cənab İlham Əliyennin sərəncamları ilə təsdiq edilmiş tədbirlər planı və qəbul edilmiş çoxsaylı qanunları diqqətə çatdırıb.
O, bütün bu işlərin ölkəmidə sahiblarlığın inkişafı yolunda mühüm addımlar olduğunu qeyd edib.
Zaur Abbasov öz çıxışında gəncləri biznesə maraqlandırmaq, onların arasından savadlı, çoxlu sayda sahibkarların yetişməsinin rayonun inkişafında olduqca vacib olduğunu bildirib. O, çıxışı zamanı gənclərə öz işinə başlamaq üçün dövlətimiz tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.
Rayonun seçilən iş adamlarından biri Fuad Zalov gənclərə öz işinin olmasının necə gözəl bir hiss olmasından, dövlətimiz tərəfindən sahibkarlara göstərilən qayğılardan söz açdı. Gənclərə biznesin incəliyindən danışaraq biznesə başlamaq üçün əsas məslənin bazara hər hansı bir məhsulun çıxarılması olduğunu bidirdi. O, məhsul ideyasının özünün belə pul gətirmək gücə malik olması fakçını gənclərə anlayacaqları şəkildə izah etməyə çalışdı.
Diskusiya şəklində keçən dəyirmi masa, çay və şirniyat qonaqlığı ilə sona çatdı.
Qeyd edək ki, dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kiçik və orta sahibkarlığın təbliğı; gənclər arasında özünə məşğuluğun stimullaşdırılması” layihəsi cərçivəsində təşkil edilib. Bu xüsusda növbəti dəyirmi masa 5 may tarixində Göyçay rayonunda keçiriləcək.