Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Sankt-Peterburqda Azərbaycan vətəndaşı qətlə yetirilib

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı odlu silahdan açılan atəşlə qətlə yetirilib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə aprelin 28-də şəhərin Lenin prospektində baş verib.
Qətlə yetirilən şəxsin ad-soyadı açıqlanmayıb. Onun 42 yaşı olduğu və Sankt-Peterburqa dörd ay əvvəl gəldiyi bildirilib.
Hüquq-mühafizə orqanlarının nümayəndələri deyiblər ki, Azərbaycan vətəndaşına odlu silahdan bir neçə dəfə atəş açılıb və çoxsaylı güllə yaraları nəticəsində həlak olub.
Məlumata görə, hadisə baş verən ərazidə müşahidə videokameraları olmayıb. Buna baxmayaraq, ilkin araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxslər son model bahalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işinə başlanılıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir